Eddi İsrafilov: "İspaniya millisini seçmək imkanım var idi"

İspaniya Sequnda təmsilçisi "Albasete"də çıxış edən Eddi Silvestr Paskual İsrafilov Azərbaycan millisini seçməyinin səbəini açıqlayıb.

Sportline.az xəbər verir ki, İspaniyanın Almeriya şəhərində doğulan 27 yaşlı futbolçunun atası Anqola, anası Azərbaycandandır. Üç milli komandada - İspaniya, Anqola və Azərbaycan yığmaları arasında seçim imkanına sahib idi. İspaniya yığması Eddinin səviyyəsi üçün əlçatmazdır.

"Marca" nəşrinə danışan yarımmüdafiəçi Azərbaycan millisinin seçməyinin səbəbini açıqlayıb:

"İspaniya pasportum var və bu millini seçmək imkanım var idi. Baxmayaraq ki, bu yığmada oynamaq çox çətindir. Anqola yığmasında oynaya bilərdim, amma Azərbaycanı seçdim. İstəyim Avropada çıxış etmək idi. Anam Azərbaycandadır. 15 dəfə yığmaya dəvət almışam. Atam isə anqolalıdır".