Eddi İsrafilovun cəzası açıqlandı

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi, millimizin"Albasete"də oynayan üzvü Eddi İsrafilovu 2 oyunluq cəzalandırıb.

Sportline.az xəbər verir ki, buna onun İspaniya Sequndasının 20-ci turunda “Rayo Valyekano” ilə görüşün 45+4-cü dəqiqəsində  birbaşa qırmızı vərəqə alması səbəb olub. O, rəqib futbolçunu başla vurduğu üçün meydandan qovulub.

Qeyd edək ki, “Rayo Valyekano” - “Albasete” görüşü qonaqların futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəbindən yarımçıq dayandırılıb.