Eden Azar: “Çelsi”nin heyətində sonuncu oyunum olsa belə, kuboku götürmək istəyirəm”

“Çelsi”nin futbolçusu Eden Azar Bakıda Avropa Liqasının finalı barədə danışıb.

Sportline.az xəbər verir ki, belçikalı futbolçu klubun rəsmi saytına müsahibə verib.

“Avropa Liqasını qazansaq, mövsümü bizim üçün yaxşı hesab etmək olar. Bu, avrokubok oyunudur. Həm mənim, həm klub, həm də baş məşqçi və azarkeşlərimiz üçün önəmli matçdır.

Finalda oynayanda, bunun Çempionlar Liqasında, Avropa Liqasında və ya Liqa Kubokunda olmasının əhəmiyyəti yoxdur. Siz sadəcə qalib gəlmək, bayram etmək istəyirsiniz. Liqa Kubokunun finalında uduzduq. Amma indi yenidən titul qazanmaq imkanımız var.

Qol vurmağımın önəmi yoxdur. Bəlkə də, “Çelsi”nin heyətində sonuncu oyunum olsa belə, kuboku götürmək istəyirəm”.