Eden Azar "Çelsi"nin tarixinə düşdü
Eden Azar adını "Çelsi"nin tarixinə yazdırıb. SportLine.az xəbər verir ki, futbolçu "zadəganlar"ın heyətində 100-cü qolunu vurub.
İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Uotford" - "Çelsi" görüşündə (1:2) fərqlənən belçikalı forvard klub tarixində 100 qol vuran 10-cu futbolçu olub.
Qeyd edək ki, bu göstəricidə lider Frenk Lemparddır. O, 211 qolla yadda qalıb.