Edin Dzeko "Vest Hem Yunayted"in hədəfində

"Roma"nın 33 yaşlı futbolçusu Edin Dzeko karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, İngiltərə Premmyer Liqasında mübarizə aparan "Vest Hem Yunayted" bosniya və herseqovinalı futbolçunu heyətinə qatmaq istəyir. Premyer Liqa klubu Dzekoya illik 9 milyon avro maaş təklif etməyə hazırlaşır.

Qeyd edək ki, "Roma" ilə 2020-ci ilədək müqaviləsi olan futbolçu cari mövsümdə 33 oyuna 12 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.