Əfsanə futbolla vidalaşdı

David Villa futbolçu karyerasına son verib.

Sportline.az xəbər verir ki, Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən 38 yaşlı hücumçu ölkə kubokunun  finalında son matçında çıxıb. Görüşdə Kobe təmsilçisi   "Antlers"i 2:0 məğlub edərək, kuboka sahib olub. 

Qeyd edək ki, D. Villa karyerası ərzində"Barselona", "Atletiko", "Valensiya" kimi klublarda da oynayıb. O, 2005-2017-ci illərdə İspaniya millisinin də formasını geyinib.