Əfsanəvi futbolçular yenidən millidə

Niderland millisinin məşqçilər korpusuna yeni şəxslər əlavə ediləcək.

Sportline.az “De Telegraaf” nəşrinə istinadən xəbər verir ki, Avro-2020-dən öncə yığmanın sabiq üzvləri Rud Van Nistelroy və Marten Stekelenburqun Ronald Kumanın rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Bunu yerli mətbuata açıqlamasında Kuman da təsdiqləyib.

Hazırda “Everton”un futbolçusu olan Stekelenburq yaxın zamanda karyerasını bitirib, yeni işinin icrasına başlayacaq. Van Nistelroy isə hazırda PSV-nin akademiyasında çalışır və AÇ-2020-nin başlamasına az qalmış Eyndhoven təmsilçisindəki işindən ayrılıb, yığmaya gedəcək.

Qeyd edək ki, Van Nistelroy Niderland millisində 70, Stekelenburq isə 58 oyun keçirib.