Ekşteynin "Sabah"dan ayrılma səbəbi

Cənubi Afrika mətbuatı Hendrik Ekşteynin "Sabah"dan ayrılmasının səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, yerli mediada yayılan xəbərlərə görə, Cənubi afrikalı yarımmüdafiəçinin Azərbaycan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozması onun yenidən ölkəsində çıxış etmək istəyi ilə bağlıdır:

"Hələ "Sabah"a keçməmişdən öncə Ekşteynin adı "Orlando Pirats"la sıx hallanırdı. Onun hazırda azad agent olması sözügedən komandaya keçmək ehtimalını bir qədər də artırır".

Xatırladaq ki, cari mövsümün əvvəlində ölkəsinin "Kayzer Çifs" klubundan "Sabah"a transfer olunan Ekşteyn Masazır təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı.