Ektor Kuper istefaya göndərilir

Ektor Kuper və onun məşqçi heyəti Misir Futbol Assosiasiyası tərəfindən istefaya göndərilir. SportLine.az xəbər verir ki, bu barədə "Əl-Vatan" nəşri məlumat yayıb.

Xəbərə görə, Federasiya məşqçi heyətindən DÇ-2018-in qrup mərhələsinin Səudiyyə Ərəbistanı ilə keçiriləcək oyunundan sonra istefaya getməsini tələb edib. Bu tələb E.Kuper tərəfindən qəbul olunub.

Qeyd edək ki, Misir seçməsi DÇ-2018-də keçirdiyi hər iki oyunda (Uruvay 0:1; Rusiya 1:3) uduzub.