Ektor Kuperi yola saldılar
Misir Futbol Federasiyası milli komandanın baş məşqçisi Ektor Kuperlə işbirliyinə son qoyub.
Sportline.az xəbər verir ki, 63 yaşlı çalışdırıcı ilə müqavilə yenilənməyib.
Qeyd edək ki, DÇ-2018-də keçirdiyi hər 3 oyunda uduzan Misir mundialın ən uğursuz komandalarından biri olub.