Elektrikli avtomobilərin yarışacağı turnirin təqvimi açıqlandı

"Extreme E" seriyasının təşkilatçıları birinci mövsümün təqvimini açıqlayıb.

Sportline.az xəbər verir ki, elektrikli avtomobillərdən istifadə edən "Extreme E"nin ilk mövsümü beş mərhələdən ibarət olacaq və mart ayında Səudiyyə Ərəbistanında start götürəcək.

"Extreme E"nin qurucusu və icraçı direktoru Aleksandro Aqaq pandemiya dövrünün çətinliklərinə baxmayaraq, 2021-ci ilin martında keçiriləcək ilk yarışa ciddi hazırlaşdıqlarını bildirib. O, qeyd edib ki, Formula 1 çempionları Luis Hamilton və Niko Rosberqin komandalarının da mübarizə aparacağı çempionatda digər sürücülərinin adları da yaxın aylarda açıqlanacaq.

"Extreme E"nin rəsmisi onu da bildirib ki, mövsümün finalı Argentinanın Pataqoniya şəhərində keçiriləcək.

Argentinadakı yarış Nepalda əvvəlcə nəzərdə tutulan mərhələni əvəz edəcək.