Əli Səmədov yenidən “Kəpəz”də

Qış hazırlıq dövründə “Kəpəz” ilk transferini həyata keçirib.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” Gəncə futbolunun yetirməsi Əli Səmədovu heyətinə qatıb. 22 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Sabah-2” komandasının şərəfini qoruyub. Onunla cari çempionatın sonuna kimi müqavilə bağlanacaq.

Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Əli Səmədov yayda “Kəpəz”dən ayrılaraq paytaxt təmsilçisinə keçib. O, buna kimi son 3 mövsümdə Gəncə klubunun əsas və əvəzedici komandasında çıxış edib.