Elit raunddakı rəqiblərimiz bilindi

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit raundunun püşkü atılıb.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılan püşkün nəticəsinə əsasən, komandamız elit raundun 1-ci qrupunda İrlandiya, Rusiya və Rumıniya ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda təşkil olunacaq final mərhələsinə yüksələcək.