Əliyar Ağayevə UEFA-dan dəvət

FİFA referisi Əliyar Ağayev yanvarın sonunda UEFA-nın top-hakimlərinin yığışacağı görüşdə iştirak edəcək.

Sportline.az xəbər verir ki, sözügedən tədbirə elit kateqoriyanın hakimləri dəvət olunub.

AFFA Hakimlər Komitəsinin prezidenti Frits Ştuxlikin sözlərinə görə, dəvətlilər sırasında yalnız məhdud sayda 1-ci kateqoriyaya aid referilər var ki, onlardan biri də Əliyardır.