Əliyar Ağayev AVRO - 2020-nin seçmə oyununda

FIFA referimiz Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb. 

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı beynəlxalq dərəcəli hakim F qrupunun Malta – Norveç oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq.

Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 18-də Ta Qalidəki Milli stadionda keçiriləcək Malta – Norveç matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.