Əliyar Ağayev Avroliqada hansı matçı idarə edəcək?

UEFA Avropa Liqasında 3-cü turun təyinatları açıqlanıb.

SportLine.az xəbər verir ki, ötən tur "Roma" - "Astra" matçını idarə edən Əliyar Ağayev daha bir təyinat alıb. Azərbaycanlı FİFA referisi bu dəfə "Konyaspor" (Türkiyə) - "Braqa" (Portuqaliya) matçında ədaləti qoruyacaq.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.