Əliyar Ağayev Avroliqanın "pley-off" oyununa təyinat aldı
Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, FİFA referisi UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) qarşılaşmanın qalibi arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi olacaq.
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.