Əliyar Ağayev "Espanyol"un futbolçusunu meydandan qovub

FIFA referimiz Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsinin "Lüdoqrets" (Bolqarıstan) - "Espanol " (İspaniya) oyununu idarə edib.

Sportline.az xəbər verir ki, o, qonaqların 1:0 hesabı ilə qalib gəldiyi görüşdə 7 sarı, 1 qırmızı vərəqə göstərib.

Meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna rəsmi xəbərdarlıq edən Ağayev, 88-ci dəqiqədə "Espanyol"un müdafiəçisi Xavi Lopezi ikinci sarı vərəqə ilə meydandan qovub.