Əliyar Ağayev Lissabona yollanıb
FIFA referisi Əliyar Ağayev Portuqaliyanın paytaxtı Lissabona yollanıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, yanvarın 28-də hakimlər üçün start götürəcək kursa qatılacaq.
Ağayev, UEFA-nın təşkil etdiyi tədbirdə, TOP kateqoriyaya daxil olan referi kimi iştirak edəcək. Kurs 3 gün davam edəcək.