Əliyar Ağayev məşhur komandanın oyununda

FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
 
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, “Dinamo” (Ukrayna, Kiyev) – “Lugano” (İsveçrə) oyununun baş hakimi  olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş dekabrın 12-də Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda keçiriləcək.