Əliyar Ağayev meydan sahiblərini cəzalandırıb
AVRO-2020-nin seçmə mərhələsinin, Malta - Norveç oyununu FIFA referimiz Əliyar Ağayev idarə edib.
Sportline.az xəbər verir ki, Ta Qalidə keçirilən görüş qonaqların qələbəsi ilə nəticələnib.
İlk hissə 1-1 hesabı ilə tamamlansa da, ikinci hissədə daha 1 qol vuran Norveç 2:1 hesablı qələbə çalıb. Ağayev həmin qarşılaşmada meydan sahiblərinin iki futbolçusunu sarı vərəqə ilə cəzalandırmaqla yanaşı, qapılarına penalti də təyin edib. Lakin 67-ci dəqiqədə norveçlilər həmin penaltini qola çevirə bilməyiblər.
Bu qələbə sayəsində xal sayını 17-yə çatdıran Norveç F qrupunu 3-cü pillədə tamamlayıb.