Əliyar Ağayev Misir kuboku turnirinin yarımfinalında

Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Sportline.az AFFA-ya istinadən xəbər verir ki, Misir Futbol Federasiyasının dəvətinə əsasən, təyinatlar reallaşıb.

Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.