Əliyar Ağayev qırmızı vərəqə göstərdi, PAOK qalib gəldi

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqasında keçirilən PAOK - "Atromitos" matçını idarə edib. SportLine.az xəbər verir ki, 24-cü tur çərçivəsində təşkil olunan görüş Saloniki təmsilçisi 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ə.Ağayev 90 dəqiqə ərzində iki penalti təyin edib və bir dəfə qırmızı vərəqə göstərib. Hər iki penalti "Atromitos"un qapısına təyin olunub. Qırımızı vərəqəni də qonaqların futbolçusu Bruno 90-cı dəqiqədə "qazanıb".