Əliyar Ağayevə növbəti təyinat
FIFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələ oyununa təyinat alıb.
Sportline.az xəbər verir ki, o, Farer adaları - Rumıniya qarşılaşmasını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, F qrupunun Farer adaları - Rumıniya matçı oktyabrın 12-də keçiriləcək.