Əliyar Ağayevin idarə etdiyi "Mançester Siti" - "Barselona" görüşündə 9 qol, 1 qırmızı
UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Mançester Siti" - "Barselona" görüşünü azərbaycanlı hakim Əliyar Ağayev idarə edib. SportLine.az xəbər verir ki, görüş kataloniyalıların qələbəsi ilə yekunlaşıb - 5:4.
Əliyar Ağayev bu oyunda “Bareselona”dan iki, “Mançester Siti”dən isə 3 futbolçuya sarı vərəqə göstərib. Matçın 36-cı dəqiqəsində Ağayev şəhərlilərin futbolçusu Lorenzo Qonzalezə ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub.
Qeyd edək ki, "Barselona" finalda "Çelsi" ilə qarşılaşacaq.