Əliyar Ağayevdən 4 sarı vərəqə

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Avropa Liqasında növbəti oyununu idarə edib. SportLine.az xəbər verir ki, ədalət təmsilçisi "Sürix" (İsveçrə) və "Bayer" (Leverkuzen, Almaniya) komandaları arasındakı görüşdə əsas söz sahibi olub. 

Qarşılaşma İsveçrə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Ə.Ağayev görüşdə əlini 4 dəfə  cibinə atıb. FİFA referisi hər komandanı iki dəfə rəsmi şəkildə cəzalandırıb.