Elmira Qəmbərova finalda uduzdu

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova "Minsk 2019" II Avropa Oyunlarında final gürüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə ukraynalı Yuliya Tkaçla üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Azərbaycan təmsilçisi gümüş medal əldə edib.

Qeyd edək ki, daha öncə qadın güləşçilərdən Mariya Stadnik (50 kq) qızıl, Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb.