Elnur Cəfərovun yeni komandası məlum oldu

İlin əvvəlində "Keşlə"dən ayrılan Elnur Cəfərov "Sumqayıt"a keçib.

Sportline.az xəbər verir ki, 22 yaşlı vinger əvəzedici komandanın heyətində çıxış edəcək. Azərbaycanın U-21 millisinin sabiq üzvü "Səbail-2" və "Neftçi-2" komandaları ilə yoxlama görüşündə meydana çıxıb. Cəfərov hər oyunda bir qol vurub.

"Sumqayıt-2" "Səbail-2" ilə 3:3 hesablı heç-heçə edib, "Neftçi-2"yə uduzub - 2:3.

Elnur özünü yaxşı göstərsə, əsas komandada da oyunlara çıxa biləcək.

"Xəzər Lənkəran"ın yetirməsi "Tondela" (Portuqaliya), "Duqopolye" (Xorvatiya), "Neftçi" və "Keşlə" klublarında da çıxış edib.