Elşad Əhmədov: "Avropa Liqasına getmək istəyirik"

"Çempionatın ilk oyunu idi. Həqiqətən çətin oldu. Futbolçularda həyəcan var idi. Rəqibin "Neftçi" olması buna təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Bu baxımdan nəticəni ədalətli hesab etmək olar".

Sportline.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqanın ilk turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) matçdan sonra mətbuat konfransında deyib.

49 yaşı mütəxəssis futbolçusu Cavid İmamverdiyevin hazırlığının yerində olduğunu bildirib: "Cavid topu saxlaya bilən oyuçudur. Bəlkə də, həyəcanla bağlıdır".

O, bu heyətlə qarşıya qoyulan hədəfə çata biləcəylərinə inandığını söyləyib: "Ya çempionat vasitəsi ilə, ya da ölkə kubokunu qazanaraq Avropa Liqasına getmək istəyirik".