Elşad Əhmədov: "Bu gün axşama kimi hər şeyə aydınlıq gəlməlidir"
Birinci divizonun çempionu - “Xəzər”in baş məşqçisi Elşad Əhmədov klubdan ayrılıb.
Sportline.az xəbər verir ki, onun, karyerasını 2018-19 mövsümündə Premyer Liqada yarışacaq “Sabah”da davam etdirəcəyi gözlənilir. “Belə bir söhbət var, amma hələ heç nə dəqiqləşməyib. Bu gün axşama kimi hər şeyə aydınlıq gəlməlidir”- deyən mütəxəssis "Xəzər"dən ayrılmasını belə izah edib: "Xəzər"ə baş məşqçi təyin olunanda danışmışdıq ki, komanda Premyer Liqaya vəsiqə qazansa, işimi davam etdirəcəm. "Xəzər" yüksək liqaya buraxılmadığı üçün rəhbərliklə danışıb, yollarımızı ayırdıq".