Elşad Əhmədov: "İtkilərimiz özünü göstərdi"

Topaz Premyer Liqasının 24-cü turunda "Sabah" "Qarabağ"a 0:3 hesabıyla məğlub olub.

Sportline.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında "Sabah"ın baş məşqçisi Elşad Əhmədov təəssüratlarını bölüşüb.

- Gördüyünüz kimi, "Qarabağ" bizi hər cəhətdən üstələdi. İtkilərimiz özünü göstərdi. "Qarabağ" layiqli qələbə qazandı.

- Yeni mövsümlə bağlı planlarınız necədir? Komandada qalacaqsınız?

- Mövsümün sonunu gözləyirik. Bundan sonra söhbət olacaq. Hələ ki, rəhbərliklə söhbət olmayıb.