Elşad Əhmədov: "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindir"

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, “Sabah” - “Neftçi” (0:2) matçından sonra meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov oyunla bağlı təəssüratlarını bölüşüb. 

"Oyuna ciddi hazırlaşmışdıq. Buna qədər 3 matçda "Neftçi"dən xal götürməmişdik. Bu görüşdə ilk yarıda pis təsir bağışlamadıq. İkinci sarı vərəqə epizoduna baxmaq lazımdır. "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindir. Bəli, qolda səhvi vardı, zərbəni dəf etmək olardı. Ancaq alınmadı. O, komandamız üçün lazımlı oyunçudur. Səhv hamımızındır. Bu yerlərə gəlməyimizdə həm Saşanın, həm də Marko Deviç kimi futbolçuların əməyi böyük olub. Mövsümün əvvəlində qarşımıza elitada qalmaq tapşırığı qoyulmuşdu. İndi mövsüm bitər, rəhbərlik qiymət verər".