Elşad Əhmədov: "Rəhbərlik otağa daxil oldu və ..."

Topaz Premyer Liqasının 23-cü turunda “Sabah” “Səbail”i qəbul edib.

Sportline.az xəbər verir ki, rəqibinə 3:1 hesabıyla qalib gələn "Sabah"ın baş məşqçisi Elşad Əhmədov oyundan sonra keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

- Maraqlı oyun keçdi. Qol buraxmağımıza baxmayaraq, özümüzə gəldik. Uşaqlar istəkli oynadılar. Qalib gəldiyimizə görə sevinirik.

- Eltun Turabovu Şakir Seyidovla əvəzləmənizin səbəbi nə idi?
- “Səbail”lə oyunlarda həmişə qol buraxmışıq. Ona görə də mərkəz müdafiəçiləri ilə oyuna başlamışdıq. Lakin ilk dəqiqələrdə qol buraxdıq və dəyişiklik etmək qərarına gəldik. İnanıram ki, Şakir gələcək oyunlarda da bizə kömək edə biləcək.

- Qələbəyə görə mükafat nəzərdə tutulub?
- Bəli, rəhbərlik soyunub-geyinmə otağına daxil oldu və futbolçularımı təbrik etdi. Mükafatın nə qədər olduğunu bilmirəm.