Eltun Turabovdan gözlənilməz zədə

Albaniya Super Liqasında VI turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" klubu "Flamurtari"ni qəbul edib və 5:0 hesablı qələbə qazanıb.

Eltun Turabov matça start heyətdə başlayıb. 10-cu dəqiqədə zədələnən gənc müdafiəçi meydanı erkən tərk etməli olub.

"Biliş" 11 xalla 10 komanda arasında 1-ci yerdə qərarlaşıb.