Eltun Turabovun komandası heç-heçə etdi

Albaniya Super Liqasında V turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" klubu Tiranada "Partizani" ilə qarşılaşıb. Oyunda hesabı 73-cü dəqiqədə meydan sahibləri açıb. "Biliş" qarşılaşmanın 90+5-ci dəqiqəsində məğlubiyyətdən qaçıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Eltun Turabov matça start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəz edilib.

"Biliş" 8 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.