Elvin Yunuszadə: "Avropada bacardığımız qədər irəliləyəcəyik"

Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün bürünc mükafatçısı "Səbail" yeni mövsümə hazırlaşır.

Sportline.az saytına danışan "Səbail"in üzvü Elvin Yunuszadə komandanın UEFA Avropa Liqasındakı imkanlarını dəyərləndirib.

"Səbail" ilk dəfədir ki, Avropa Liqasında çıxış edəcək. Qısa müddət ərzində bunu bacarmışıq. Ümid edirəm ki, bizim üçün uğurlu olacaq. Üzərimizdə hər hansı bir təzyiq yoxdur. Kimsə deməyib ki, "mütləq filan mərhələyədək getməlisiniz". Ona görə də çalışacağıq ki, maksimumu edək. Bacardığımız qədər irəliləyəcəyik".