Milli komandamızdan uzaqlaşdırılan futbolçunun adı açıqlandı

Elvin Yunuszadə milli komandanın heyətindən kənarlaşdırılıb.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Buna səbəb kimi mərkəz müdafiəçisinin nizam-intizam qaydalarını pozması göstərilir.

Qeyd edək ki, millinin baş məşqçisi Q.Qurbanov Belarusla yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında, Araz Abdullayev və Elvin Yunuszadəni kiçik xətaya yol verdiyinə görə, matçın sifariş ərizəsinə daxil etmədiyini açıqlamışdı.