Elvin Yunuszadə yeni klubu ilə müqavilə bağladı

Milli komandamızın sabiq üzvü Elvin Yunuszadə karyerasını "Səbail"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Sabah"dan ayrılan müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında "Sabah"la anlaşan müdafiəçi 2 aydan sonra komanda ilə vidalaşıb.