Elxan Məmmədov UEFA-nın tədbirində

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclası keçiriləcək.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, komitə sədrinin 2-ci müavini Elxan Məmmədov da iclasda iştirak edəcək.