Elxan Məmmədovla Vəli Qasımov Monakoda
AFFA-nın baş katibi Elxan Məmmədov və Bakıda keçiriləcək Avropa Liqasının final matçının səfiri Vəli Qasımov Monakoya yollanıb.
SportLine.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki şəxs Avroliqanın qrup mərhələsinin püşkatma mərasiminə qatılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"ın rəqibləri müəyyənləşəcək.
Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.