Elxan Məmmədovun "Neftçi" və "Sumqayıt"dakı istefalara münasibəti

"Kamran Quliyev işsiz deyildi, "Sumqayıt”ın prezidenti vəzifəsini icra edirdi. O, futbol ictimaiyyəti üçün yeni ad da deyil”.

Sportline.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov "Sumqayıt”ın prezidenti Kamran Quliyevin "Neftçi”də anoloji posta Orxan Hüseynzadəni əvzəlməsinə münasibət bildirərkən deyib.

O, bildirib ki, istefalarla heç bir əlaqəsi yoxdur: "Kamran müəllim illərdir ki, "Sumqayıt”a rəhbərlik edib. Bu istefalarla mənim heç bir əlaqəm yoxdur. Bununla bağlı nə deyə bilərəm ki? "Neftçi” və "Sumqayıt”ın rəhbərliyi ilə danışsaz, yaxşı olar”. (yenicag.az)