Emeri cəzalandırıldı
"Arsenal"ın baş məşqçisi Unay Emeri cəzalandırılıb. SportLine.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisə 8 min funt-sterlinq məbləğində cərimə kəsilib.
Buna U.Emerinin "Brayton"la Premyer Liqanın XIX tur matçındakı davranışı səbəb olub.
Xatırladaq ki, mütəxəssis 1:1 hesablı heç-heçə ilə yekunlaşan görüşün son dəqiqələrində hirsindən su qabını təpiklə vurub. Nəticədə su qabı yaxınlıqdakı azarkeşə dəyib. Emeri dərhal həmin fanata yaxınlaşaraq, ondan üzr istəyib.