Emil Balayev Avropa səhnəsinə çıxır

Qazaxıstanın “Tobol” komandası Avropa Liqasının I təsnifat mərhələsidə Lüksemburq “Jeness"i ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Kostanay təmsilçisinin sifariş etdiyi 23 futbolçunun arasında millimizin qapıçısı Emil Balayev də var. O, yerli qolkiperlər Sultan Busurmanov və Jasur Narzikulovla rəqabət aparacaq. 
 
Qeyd edək ki, “Tobol”un Lüksemburq təmsilçisi ilə ilk görüşü iyulun 11-i səfərdə, cavab görüşü isə bir həftə sonra Astanada  olacaq.