Emil Balayev "ən yaxşı 11-lik"də

Qazaxıstan Premyer Liqasında 22-ci turun rəmzi komandası açıqlanıb.

Sportline.az xəbər verir ki, “Tobol”un azərbaycanlı qapıçısı Emil Balayevin də adı növbəti dəfə "ən yaxşı 11-lik"də yer alıb.

Son turda “İrtış"la görüşdə (2:0) qapısını toxunulmaz saxlayan millimizin üzvü rəmzi komandaya düşüb. Balayevlə yanaşı, "Tobol"un yarımmüdafiəçisi Maksim Fedin də "rəmzi 11-liy"ə salınıb.

Qeyd edək ki, "Tobol" hazırda 45 xalla turnir cədvəlinə başçılıq edir.