Emil Balayev ən yaxşılar sırasında

Milli komandamızın və "Tobol"un qapıçısı Emil Balayev, Qazaxıstan çempionatının 28-ci turunda  "Jetısu" ilə oyunun (0:0) ən yaxşıları sırasında yer alıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, futbolçumuz, “Instat”ın təhlilinə görə, 245 xalla 3-cü yeri tutub. 

"Tobol"un ən yaxşısı Viktor Dmirenko  (256 xal) seçilib. Ruslan Valillin isə 255 xalla 2-ci olub.