Emil Balayev: "Hələ bir illik müqaviləm var"

"Tobol"dan ayrılacağı iddia edilən Azərbaycan millisinin qapıçısı Emil Balayev yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az Sports.kz saytına istinadən xəbər verir ki, 25 yaşlı əlcək sahibi müqaviləsinin sonuna qədər Kostanay təmsilçisində qalacağını deyib:

"Tobol"da qalıram. Klubla hələ bir illik müqaviləm qalıb".

Emil Qazaxıstan Premyer Liqasında 31 oyun keçirib və qapısında 22 qol görüb. 18 oyunda qapısını toxunulmaz saxlayan qapıçı mövsümün rəmzi komandasına düşüb.

"Tobol" başa çatan mövsüm çempionatı 4-cü yerdə bitirib və Avropa Liqasına vəsiqə qazanmayıb.

Emil Balayev ilin əvvəlində "Səbail"dən "Tobol"a üz tutmuşdu.