Emil Balayev liderdir

Qazaxıstanın “Tobol” klubunda çıxış edən  millimizin üzvü Emil Balayev ölkə çempionatında qapısını ən uzun müddət toxunulmaz saxlayan qapıçıdır.

Sportline.az xəbər verir ki, 25 yaşlı qolkiper  540 dəqiqədir ki, qapısında qol görmür.

Emil bu göstəricidə Qazaxıstan Premyer Liqasında liderdir.
 
1. Emil Balayev (“Tobol”) - 540 dəqiqə
2. Almat Bekbaev (“Jetısu”) - 310 dəqiqə
3. Anton Çirin (“İrtış2) - 186 dəqiqə
4. Aleksandr Qriqorenko (“Kaisar”) - 128 dəqiqə
5. Ruslan Abjanov (“Okjetpes”) - 122 dəqiqə