Emil Balayevin yekun qiyməti

Qazaxıstan Premyer Liqasında başa çatan mövsümün ən yaxşıları müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "Tobol"da çıxış edən millimizin üzvü Emil Balayev mövsümün ən yaxşı 3-cü qapıçısı seçilib. O, rəhbərlər, kapitanlar və baş məşqçilər arasında aparılan səsvermənin yekun nəticəsinə əsasən, buna nail olub. E. Balayevi Nenad Eriç ("Astana") və Dmitri Nepoqodov ("Ordabası") qabaqlayıb.

Qeyd edək ki, "Tobol" mövsümü 4-cü pillədə başa vurub.