Emil Balayev oynadı, komandası "Rubin"i məğlub etdi

Azərbaycan millisinin üzvü Emil Balayevin şərəfini qoruduğu Qazaxıstanın "Tobol" komandası yoxlama görüşündə qüvvəsini sınayıb. Rəqib Kazanın "Rubin" kollektivi olub.

Qarşılaşma "Tobol"un qələbəsi ilə yekunlaşıb - 1:0.

E.Balayev meydana start heyətində çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Tobol” bundan öncəki hazırlıq matçında Ukrayna “Olimpik”inə 0:4 hesabı ilə darmadağın olmuşdu.