Emil Balayev Qazaxıstan klubunda

Azərbaycan millisinin üzvü Emil Balayev karyerasını Qazaxıstanda davam etdirəcək. SportLine.az xəbər verir ki, 24 yaşlı qapıçı "Tobol" klubu ilə razılıq əldə edib.

"Vesti.kz" saytının məlumatına görə, futbolçunun keçidi "Səbail"ə 52 min avro qazandırıb.

E.Balayevin müqavilə müddəti və qazancı barədə məlumat qeyd olunmayıb.

"Tobol" qış fasiləsində iki qapıçı - Dmitri Nepoqodov və Vyaçeslav Kotlyarla yollarını ayırıb. Həmçinin Aslan Darabayev, Marat Bıstrov və Tanat Nuserbayev də yola salınıb. Kapitan Nurbol Jumaskaliyev isə karyerasını başa vuraraq, klubun idman direktoru təyin olunub. "Tobol" Balayevi əsas qapıçı kimi transfer edib.

Qeyd edək ki, 2018-ci ildə Qazaxıstan çempionatının bürünc medallarına layiq görülən "Tobol" gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq.